«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz deyib. Onun sözlərinə görə, enerji sahəsində də Türkiyənin ən böyük investoru ARDNŞ olacaq.
«Türkiyənin dünyada ən böyük 16-cı iqtisadiyyatı olduğunu nəzərə alsaq, qardaş ölkədə ARDNŞ-ın dünyanın 3 ən böyük şirkətlərdən biri olmasını demək olar. Belə ki, onun həyata keçirdiyi layihələr bunu sübut edir. Təmsil etdiyim şirkət orada nə qədər böyük layihələrin həyata keçirilməsini bir daha sübut edəcək. Həmçinin, qardaş ölkədə böyük layihələrlə bərabər, sosial layihələrə də investisiya yatırırıq. Hazırda ARDNŞ Türkiyədə təhsilə, idmana çox böyük dəstək verir. Həmçinin, Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda «Star» neft emalı zavodu ilə eyni zamanda təməli atılan Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisi başa çatıb. Hazırda burada 30 azərbaycanlı tələbə təhsil alır və bu ildən 20 azərbaycanlı tələbənin orada təhsil almağa göndərilməsi nəzərdə tutulub».