Bank Of Baku

ARDNŞ Yunanıstan hökuməti ilə DESFA qaz şirkətinin özəlləşdirilməsinə dair danışıqlara başlayıb

ARDNŞ Yunanıstan hökuməti ilə DESFA qaz şirkətinin özəlləşdirilməsinə dair danışıqlara başlayıb
# 15 iyun 2013 11:06 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Yunanıstanın böyük qaz şirkətini almağın astanasındadır: “Artıq məsələlər həll olunub, tender paketləri açılıb və biz artıq detalları dəqiqləşdirmək üçün Yunanıstan hökuməti ilə danışıqlara başlamışıq. Bu gün Cenevrədə bizim mütəxəssislər danışıqlara başlayıb».

 

R.Abdullayev qeyd edib ki, DESFA-nın özəlləşdirilməsi nəticəsində Azərbaycan Avropanın inkişaf etmiş ölkələrindən birinin qaz distribüsiya bazarına nəzarət edəcək və öz qazını Yunanıstan bazarına çıxarmaq imkanı qazanacaq: «Azərbaycan artıq qaz ixracatçısı kimi tanınır. DESFA-nın özəllişdirilməsi nəticəsində Yunanıstan bazarında qazın bazarlanması artıq bizim əlimizdə olacaq».


ARDNŞ prezidenti özəlləşdirmə ilə bağlı təkrar tenderin keçirilib-keçirilməyəcəyi ilə bağlı dəqiq məlumatının olmadığını bildirib: «Bununla bağlı danışıqlar aparılacaq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR