Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövləti Neft Şirkəti (ARDNŞ) tərəfindən Yunanıstanın “DESFA” qaz paylayıcı şəbəkəsinin alınmasına dair bu ölkənin satışı agentlikləri ilə danışıqlara başlayıb.
“APA-Economics”in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
“Artıq bizim mütəxəssislər Yunanıstanın satış agentlikləri ilə müqavilənin detallarına dair danışıqlara başlayıblar. Bu məsələ yaxın bir-iki ay ərzində həllini tapacaq”, - deyə R.Abdullayev bildirib.