Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın alternativ enerji sektoruna maraq göstərir

Asiya İnkişaf Bankı Azərbaycanın alternativ enerji sektoruna maraq göstərir
# 14 dekabr 2012 10:45 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda alternativ energetika sahəsində iştirakda maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

 

Onun sözlərinə görə, hazırda AİB-lə Azərbaycan hökuməti arasında enerji sahəsində mövcud əməkdaşlığın gələcək perspektivləri istiqamətində danışıqlar aparılır ki, bu çərçivədə eyni zamanda alternativ energetika sektorunda da əməkdaşlıq imkanları müzakirə olunur.

 

O.Noroyono əlavə edib ki, alternativ energetika sahəsi AİB-in Azərbaycan üzrə hazırladığı və növbəti 5 ili əhatə edəcək yeni tərəfdaşlıq strategiyasında da yer alıb.

 

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən etibarən AİB-in üzvüdür. Hazırda AİB-in Azərbaycan üzrə aktiv kredit portfeli 990 mln. ABŞ dolları təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR