Bank Of Baku

Avropa Komissiyasının prezidenti: “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək

Avropa Komissiyasının prezidenti: “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək
# 17 dekabr 2013 11:56 (UTC +04:00)

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə AK-nın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

 

Qeyd olunur ki, bu sazişin imzalanması 2019-cu ilin əvvəlindən başlayaraq Avropanın hər il milyardlarla kubmetr qaz alacağını təsdiqləyib: “İndiyədək qəbul olunmuş bütün qərarlar, o cümlədən TAP layihəsinin Azərbaycan qazının Avropaya əsas ixrac marşrutu kimi seçilməsi bu yekun investisiya qərarı ilə şərtlənib.

 

AK-nın prezidenti Joze Manuel Barrozu bildirib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir: “2011-ci ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığım birgə bəyannaməyə əsaslanan bu addım AB-nin Xəzər hövzəsinin qazına birbaşa çıxışı deməkdir. Enerji daşıyıcılarının nəql marşrutlarının diversifikasiyası avropalı istehlakçıların və müəssisələrin rifahına xidmət edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR