“APA-Economics”in Avropa mətbuatına istinadən xəbərinə görə, səfərdə məqsəd bu ölkələrin hökumətlərini Azərbaycan qazının Avropaya nəqli layihəsinin seçilməsinə dair qərarla bağlı məlumatlandırmaqdır.
Bu ayın sonunda “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya hansı kəmərlə - TAP və ya “Nabucco West” vasitəsilə nəql olunacağına dair qərar verəcək. Avropa mətbuatı yazır ki, seçim artıq ötən həftə edilib. Bu həftə isə maraqlı ölkələrin məlumatlandırılması prosesi həyata keçiriləcək. İyunun 25-də Azərbaycanın macarıstandakı səfirliyində TAP-ın icraçı direktoru Kjetil Tunqlanda və “Nabucco Gas Pipeline International”ın direktoru Reynhard Mitçekə qərar elan olunacaq. Onlar qərar rəsmən elan olunan günə - iyunun 28-nə qədər bu barədə heç bir açıqlama verməyəcəklər.