Bank Of Baku

Avropaya qaz nəqli marşrutu gələn ay seçiləcək

Avropaya qaz nəqli marşrutu gələn ay seçiləcək
# 30 may 2013 11:50 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan təbii qazının Avropaya nəqli üçün boru kəməri marşrutunun seçilməsi həllolunma mərhələsindədir və məsələ ilə bağlı son qərarın gələn ay veriləcəyi gözlənilir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev II Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn Fransa nümayəndə heyəti ilə görüşdə bildirib.

 

Görüşdə şirkət prezidenti Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm yer tutduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin əhəmiyyətini önə çəkib. Görüşdə vurğulanıb ki, Azərbaycan təbii qazının Avropaya nəqli üçün boru kəməri marşrutunun seçilməsi həllolunma mərhələsindədir və məsələ ilə bağlı son qərarın gələn ay veriləcəyi gözlənilir. Azərbaycan və Türkiyənin ortaq layihəsi olan TransAnadolu qaz boru kəməri (TANAP) layihəsinin beynəlxalq dəstək qazandığını vurğulayan R.Abdullayev eyni zamanda, Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi və «Şahdəniz-2» layihələrinə hazırlıq işlərinin tamamlanmaq üzrə olduğunu da qonaqların diqqətinə çatdırıb. Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını vurğulayan ARDNŞ prezidenti daha sonra qonaqları maraqlandıran suallara cavab verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR