Bank Of Baku

Azərbaycan avtomobil benzini ixracını kəskin azaldıb

Azərbaycan avtomobil benzini ixracını kəskin azaldıb
# 02 iyul 2013 14:40 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

 

Ümumilikdə, 2013-cü ilin yanvar-iyun ayları ərzində 10 698 ton avtomobil benzini, 491 465 ton dizel yanacağı, 78 746 ton təyyarə yanacağı ixrac edilib.

 

Qeyd edək ki, keçən ilin analoji dövrü ilə müqayisədə 3,8 dəfə az avtomobil benzini, 7,63% çox dizel yanacağı, 51,23% çox təyyarə yanacağı ixrac olunub.

 

Bu ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 966,40 dollar/ton, təyyarə yanacağı - 919,84 dollar/ton, dizel yanacağı - 873,58 dollar/ton, 1%-li kükürdlü mazutun qiyməti isə 611,46 dollar/ton təşkil edib.

 

Xatırladaq ki, 2012-ci ilin iyun ayında dünya bazarında avtomobil benzininin qiyməti 891,55 dollar/ton, təyyarə yanacağı - 875,14 dollar/ton, dizel yanacağı - 828,42 dollar/ton, 1%-li kükürdlü mazutun qiyməti isə 597,54 dollar/ton olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR