“APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycanla BP arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.
R. Dadli “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Söhbət zamanı “Şahdəniz” yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.