Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti 2025-ci ilədək Xəzərdəki yeni neft-qaz yataqlarında hasilata başlayacaq

Azərbaycan Dövlət Neft Şirkəti 2025-ci ilədək Xəzərdəki yeni neft-qaz yataqlarında hasilata başlayacaq
# 05 iyun 2013 11:56 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışı zamanı ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

 

Onun sözlərinə görə, kompleks tədbirlər planına əsasən, «Ümid», «Qarabağ», «Əşrəfi» yataqlarının, «Babək», «Abşeron», «Naxçıvan», «Şəfəq-Asiman», «D-30» perspektiv strukturların və «Azəri-Çıraq-Günəşli» yataqlarının sərbəst qaz obyektlərinin tədricən abadlaşdırılması və istismara daxil edilməsi nəzərdə tutulur. Qeyd olunan yataqlardan «Ümid», «D-30», «Qarabağ», «Babək», «Əşrəfi»nin ARDNŞ tərəfindən, digər yataqların isə xarici tərəfdaşlarla birgə işlənməsi nəzərdə tutulub.


S.Qasımov bildirib ki, hasilata 2019-cu ildə başlanması nəzərdə tutulan «Babək» perspektiv strukturunun qaz ehtiyatı 400 mlrd. kubmetr, kondensat ehtiyatı isə 80 mln. ton, hasilata 2021-ci ildə başlanması nəzərdə tutulan «Qarabağ» yatağının qaz ehtiyatı 20 mlrd. kubmetr, neft və kondensat ehtiyatı 20 mln. ton, hasilata 2023-cü ildə başlanması nəzərdə tutulan «Əşrəfi» yatağının qaz ehtiyatı isə 13 mlrd. kubmetr, neft və kondensat ehtiyatı isə 17 mln. ton həcmində qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR