Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Delta Rubis»lə 5 illik icarə müqaviləsi imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti «Delta Rubis»lə 5 illik icarə müqaviləsi imzalayıb
# 19 fevral 2013 12:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyə Enerji Bazarı Nizamlama Agentliyi tərəfindən rezervuarlardan yanacaq satmaq üçün bu yaxınlarda aldığı lisenziyadan sonra «Delta Rubis» şirkəti ilə saxlama müqaviləsi imzalayıb.

 

«APA-Economics»in xarici mətbuata istinadən verdiyi məlumata görə, ARDNŞ-in İstanbul Qaz Paylama Sənaye və Ticarət Korporasiyası («SOCAR Turkey Distribution») 5 illik təchizat müqaviləsi çərçivəsində Aralıq dənizinin Ceyhandakı (Türkiyə) xidmətlərinə görə ən böyük müstəqil saxlama şirkəti ilə imkanlarını birləşdirib. Bu müqaviləyə yanacaq, aviasiya və dəniz biznesi daxildir.

 

ARDNŞ-in Türkiyə Neft Enerji Paylama Şirkətinin icraçı direktoru Mutluay Doğan qeyd edib ki, Ceyhan ARDNŞ üçün mühüm əhəmiyyət daşıyır. Bu region Azərbaycan neftinin dünya bazarına çıxış əldə etdiyi ərazidir və ARDNŞ bu marşrutun əsas istifadəçisidir: «Biz Türkiyənin Aralıq dənizi regionunda yanacaq satışından tutmuş xam neft tankerlərinə qədər hərtərəfli dəniz satışı xidmətlərinin ilk təminatçısı olacağıq».

 

Qeyd edək ki, Ceyha limanının illik həcmi 55 mln. ton xam neft təşkil edir və dünyada ən önəmli enerji mərkəzlərindən biridir. O, Bakı-Tbilisi-Ceyhan və Kərkük-Yumurtalıq boru kəmərlərinin kəsişməsində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR