Bakı – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin yanvar ayında dövlət büdcəsinə 134,231 mln. manat vəsait ödəyib. Bu göstərici ötən ilin yanvar ayına nisbətən 29,2% çoxdur.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında Dövlət Neft Şirkəti Dövlət Sosial Müdafiə Fonduna 12,767 mln. manat köçürüb ki, bu da 2012-ci ilin yanvar ayına nisbətən 2,6% artıqdır.