«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, ARDNŞ TAP-ın səhmdarları sırasına qatılacaq. Belə ki, şirkət «Şahdəniz» konsorsiumunun işini nəzarət altında saxlamalı və eyni zamanda Azərbaycanın Avropaya qazın nəqlindən əldə etdiyi əlavə gəlirini təmin etməlidir.
E.Nəsirov onu da bildirib ki, TAP-ın səhmdarları sırasına həmçinin TA
Öz növbəsində TAP-ın hazırkı səhmdarlarının 50% paylarını «Şəhdəniz» konsorsiumunun iştirakçılarına verəcəyi gözlənilir.
ARDNŞ rəsmisi həmçinin əlavə edib ki, artıq BP, «Total» və «Statoil» şirkətləri TA
Xatırladaq ki, hazırda TAP layihəsinin 3 səhmdarı var. Bu, İsveçrənin «Axpo» (42,5%), Norveçin «Statoil» (42,5%) və Almaniyanın «E.ON Ruhrgas» (15%) şirkətləridir.
Qeyd edək ki, uzunluğu 870 km olacaq TAP qaz kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq.