Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədəki investisiya layihələrinin təbliği üçün yerli media qurumları ilə danışıqlar aparır

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədəki investisiya layihələrinin təbliği üçün yerli media qurumları ilə danışıqlar aparır
# 24 aprel 2013 13:56 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

 

Onun sözlərinə görə, hazırda ARDNŞ bir çox beynəlxalq layihələrin iştirakçısıdır ki, bu investisiya layihələrinin də bir qismi Türkiyədə icra olunur: «Yaxın 10 il ərzində Dövlət Neft Şirkəti Türkiyədə həyata keçirdiyi layihələrə böyük həcmli maliyyə vəsaiti yatıracaq. Bu layihələrin həyata keçirilməsində media dəstəyinə ehtiyac var».

 

N.Quliyev onu da bildirib ki, hazırda ARDNŞ-in nəzdində fəaliyyət göstərən «SOCAR Media» İctimai Birliyi Türkiyənin müxtəlif media orqanları ilə əməkdaşlığa dair danışıqlar aparır ki, əməkdaşlıq əsasən ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələrin təbliğatı ilə bağlıdır: «Əməkdaşlıq müxtəlif formatda həyata keçirilə bilər. Hazırda tərəflər arasında bu istiqamətdə yalnız danışıqlar aparılır və konkret nəticə əldə olunandan sonra ictimaiyyətə geniş məlumat veriləcək».

 

Qeyd edək ki, Türkiyə mətbuatında Türkiyənin «Star» Media Qrupunun «SOCAR Media» İctimai Birliyi tərəfindən alınmasına dair xəbər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR