Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanda benzinin bahalaşmasına aydınlıq gətirib.
«APA-Economics»in məlumatına görə, qonşu ölkədə səfərdə olan A
Onun sözlərinə görə, artıq bir ildir ki, neftin qiyməti durmadan artır: «Yanacağın qiyməti Azərbaycanda da artıb, baxmayaraq ki, milli valyuta olan manatın kursu stabildir. Gürcüstanın milli valyutası lari isə avro və dollara nisbətdə ucuzlaşır. Bu səbəbdən də ARDNŞ özünün Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (SOCAR şəbəkəsi) satılan benzinin qiymətini qaldırıb».
R.Abdullayev qeyd edib ki, ARDNŞ yanacağın qiymətini artırmamağa çalışır: «Ancaq yanacağın qiyməti bazar qiymətindən ucuz ola bilməz».
Gürcüstanın energetika naziri Kaxa Kaladze də bu fikirləri dəstəkliyib. O bildirib ki, Gürcüstanda yanacağın qiymətinin artmasına dünya bazarında neftin bahalaşması və larinin məzənnəsinin ucuzlaşması səbəb olub.
Xatırladaq ki, bu günlərdə Gürcüstanda bütün növ yanacağın qiymətində 4-8 tetri (2-4 qəpik) bahalaşma müşahidə olunub.