Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) üzən yanacaqdoldurma məntəqəsi yeni mövsümdə Kiyevdə «Azimut» yaxta klubunun Dnepr çayı akvatoriyasında yaxta, kater və qayıqlara xidmət göstərməyə başlayıb.
«APA-Economics»in A
SOCAR brendi altında fəaliyyət göstərən «Bakı-1» yanacaqpaylayıcı gəmi ilk dəfə suya 2011-ci il avqustun 27-də buraxılıb. Gəmi may ayından sentyabradək davam edən mövsüm dövründə işləyir. Gəmi kiçikölçülü nəqliyyat vasitələri – qayıq, kater, yaxta və hidrosikllər üçün nəzərdə tutulub. Gəminin konstruksiyası ondan çay və dəniz akvatoriyalarında istifadə etməyə imkan verir.