Bank Of Baku

Azərbaycan Əfqanıstanda geologiya və kəşfiyyat işləri aparacaq

Azərbaycan Əfqanıstanda geologiya və kəşfiyyat işləri aparacaq
# 04 sentyabr 2013 10:05 (UTC +04:00)

Bunun üçün Azərbaycan Sənaye və Energetika Nazirliyinin mütəxəssisləri bu ölkəyə ezam olunacaqlar. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda səfərdə olan Əfqanıstanın neft və təbii ehtiyatlar naziri Vahidulla Şahrani ilə görüşündən sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Əfqanıstan neft və təbii sərvətlərlə zəngin ölkədir və bunun üçün də Azərbaycan bu ölkəyə əlindən gələn köməyi əsirgəməyəcək: «Bu geologiya-kəşfiyyat işləri bitdikdən sonra bir qrup Əfqanıstan mütəxəssisi Azərbaycana dəvət olunacaq. Düşünürük ki, onlar Azərbaycanın bu sahədəki təcrübəsindən yararlana bilər və ölkəmiz onların bu sahədə savadını artırmağa hər zaman hazırdır».

 

N.Əliyev qeyd edib ki, bu ilin oktyabr-noyabr aylarında iki ölkə arasına ikitərəfli əməkdaşlıq haqqında memorandumun imzalanması gözlənilir: «Bu, xüsusilə Azərbaycanın Əfqanıstanda kiçik neft emalı müəssisələrinin tikintisi ilə bağlı olacaq. Həmin emal müəssisələri o qədər də böyük olmayacaq. Onların sayı və istehsal gücü isə imzalanacaq Anlaşma Memorandumunda tam ətraflı əksini tapacaq». 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR