Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi Novorossiysk limanından (Qara dəniz, Rusiya) 249 125 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 318 596 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə 1 743 138 ton xam neft ixrac edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yanvar ayı ilə müqayisədə ötən ay Novorossiysk limanından xam neft ixracı 94,8 dəfə, Supsa limanından 31,5%, Ceyhan limanından isə 22% artıb.
«Ümumilikdə, 2013-cü ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 251 755 ton, Supsa limanından 560 936 ton, Ceyhan limanından isə 3 172 151 ton xam neft ixrac edilib», - deyə ARDNŞ-dan bildirilib.
Ötən ilin ilk iki ayına nisbətən Novorossiyskdan xam neft ixracı 23,4%, Ceyhandan 3% azalıb, Supsa limanından isə 17,6% artıb.
Qeyd edək ki, ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.
Xatırladaq ki, fevral ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 116,28 ABŞ dollarına, «Urals» nefti 114,51 dollara, «Azeri Light» tipli xam neft isə 118,23 dollara satılıb.