Bu barədə «APA-Economics»ə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Novorossiysk limanından xam neft ixracı 2,90%, Supsa limanından 3 dəfə, Ceyhan limanından isə 7,66% artıb.
Məlumatda bildirilir ki, ümumilikdə, yanvar-iyun ayları ərzində Novorossiysk limanından 825 317 ton, Supsa limanından 1 364 679 ton, Ceyhan limanından isə 10 135 240 ton xam neft ixrac edilib. Keçən ilin analoji dövrü ilə müqayisədə Novorossiysk limanından xam neft ixracı 16,25% azalıb, Supsadan 5,26% artıb, Ceyhan limanından isə 2,09% azalıb.
Qeyd edək ki, ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.