Bank Of Baku

Azərbaycan kabel məhsullarının ixracına hazırlaşır

Azərbaycan kabel məhsullarının ixracına hazırlaşır
# 21 may 2013 12:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Sumqayıt Texnologiyalar Parkının (STP) tərkibində fəaliyyət göstərən Kabel Zavodu istehsal etdiyi məhsulların ixracına hazırlaşır.

 

Zavodun direktoru Adıgözəl Rəhmanovun «APA-Economics»ə verdiyi məlumata görə, müəssisə 2009-cu ilin dekabr ayında fəaliyyətə başlayıb və hazırda istehsal imkanlarını genişləndirməkdə davam edir: «Zavodda yüksək ixtisas və təcrübəyə malik mütəxəssislər çalışır. Zavod daxili və xarici bazara yüksək keyfiyyətli məhsullar təklif etmək iqtidarındadır. Bura Avropa dövlətlərindən, ABŞ-dan dünyanın ən qabaqcıl texnologiyaları gətirilib. Hazırda zavodda 6 500 çeşiddə məhsul istehsal olunur ki, bunlar məişətdə ən çox istifadə olunan (110 kV) kabellərdir. Lakin bu yaxınlarda müəssisədə 220-500 kV-luq kabellərin də istehsalına başlanılacaq».

 

A.Rəhmanov onu da bildirib ki, yaxın zamanlarda zavoda həmçinin optik, rabitə və s. kabellərin istehsalına da başlanılacaq: «Zavodun alüminium və mis sexlərinin hər birində il ərzində müvafiq olaraq 30 min və 40 min ton çubuqlar istehsal olunur. Ümumilikdə isə Kabel Zavodu gün ərzində 80 ton alüminium və 80 ton mis kabellər istehsal edir».

 

Zavodun ixrac potensialından danışan A.Rəhimov əlavə edib ki, hazırda müəssisədə istehsal olunan kabellər yalnız Azərbaycanda realizə olunur. Lakin yaxın gələcəkdə zavod istehsal etdiyi məhsulları Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiya kimi ölkələrə ixrac etməyə hazırlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR