Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2013-cü ilin yanvar ayında 2 494 ton avtomobil benzini, 86 588 ton dizel yanacağı, 8 591 ton təyyarə yanacağı ixrac edib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar ayına nisbətən avtomobil benzininin ixracı 56,1%, dizel yanacağı 14,6%, təyyarə yanacağının ixracı isə 16% azalıb.
Bu ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 1 025,57 dollar, təyyarə yanacağı – 1 012,86 dollar, dizel yanacağı - 950,02 dollar təşkil edib.
Ötən ilin yanvarı ilə müqayisədə avtomobil benzininin qiyməti 5,2%, təyyarə yanacağı 2%, dizel yanacağı isə 0,4% bahalaşıb.