Bank Of Baku

Azərbaycan Novorossiysk limanından neft ixracını artırıb

Azərbaycan Novorossiysk limanından neft ixracını artırıb
# 03 sentyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi avqust ayında Novorossiysk limanından 169 706 ton (Rusiya, Qara dəniz), Supsa limanından 315 388 ton (Gürcüstan, Qara dəniz), Ceyhan limanından isə 1 637 874 ton (Türkiyə, Aralıq dənizi) xam neft ixrac edib.

 

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 1 164 695 ton ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.

 

Hesabat dövründə Supsa limanından 1 837 758 ton, Ceyhan limanından isə 13 479 159 ton xam neft ixrac edilib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,8% və 2,6% azdlr.

 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR