Bank Of Baku

Azərbaycan prezidenti “AzFP CO LTD” MMC-nin zavodlarının açılışında iştirak edib - FOTO

Azərbaycan prezidenti “AzFP CO LTD” MMC-nin zavodlarının açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 01 may 2013 15:22 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak edib.

 

APA-Economics”in xəbərinə görə, “AzFP CO LTD” MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlətimizin başçısına məlumat verib ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunacaq. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcək. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılıb, ərazidə geniş yaşıllıq işləri görülüb.

 

Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə salıb və istehsal prosesi ilə tanış olub.


Daha sonra prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış olduqdan sonra süd məhsulları və dondurma istehsalı zavoduna baş çəkib. Dövlət başçısı müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR