Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu il Azərbaycanın yeraltı qaz anbarlarına ötən ilkindən çox - 3,5 mlrd. kubmetrə yaxın qaz vurulub. «APA-Economics»in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bu həcm həm daxili bazarda artan tələbatı, həm də xarici öhdəlikləri yerinə yetirməyə imkan verir: «Qazın keyfiyyəti normaldır və beynəlxalq standartlara cavab verir».