Bank Of Baku

Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan layihələrin həyata keçirilməsi üzrə Dövlət Komissiyası yaradılıb

Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan layihələrin həyata keçirilməsi üzrə Dövlət Komissiyası yaradılıb
# 29 oktyabr 2013 15:51 (UTC +04:00)

APA-Econimics”in məlumatına görə, sərəncama əsasən, Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

 

Komissiyanın sədri

 

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri:

 

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini

 

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri

 

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

 

Dövlət Komissiyası aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin edir, Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR