Bank Of Baku

Azərbaycan qızıl və gümüş istehsalını azaldıb

Azərbaycan qızıl və gümüş istehsalını azaldıb
# 17 may 2013 12:53 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qiymətli metal filizləri və kondensatları hasilatı ötən ilin analoji dövrünə nisbətən 11,6% azalaraq 611,4 kq təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 342,8 kq qızıl və 268,6 kq gümüş istehsal edilib. Ötən ilin yanvar-aprel aylarına nisbətən qızıl istehsalı 14,2%, gümüş istehsalı isə 8% azalıb.

 

Qeyd edək ki, may ayının 1-nə Azərbaycanda 34,4 kq hazır qızıl ehtiyatı və 29,2 kq hazır gümüş ehtiyatı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR