Bank Of Baku

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə XVII hesabatını açıqlayıb

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə XVII hesabatını açıqlayıb
# 11 iyun 2013 07:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib. 

 

Fonddan «APA-Economics»ə verilən məlumata görə, MHŞT üzrə Hökumət Komissiyası «Moore Stephens»  audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti, 17-ci hesabatını (2012-ci il üzrə) açıqlayıb.

 

Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

 

İclasda MHŞT üzrə qəbul edilmiş yeni standart və yeni standarta keçid, Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illik yubileyi münasibətilə MHŞT üzrə Beynəlxalq Konfransın Bakıda keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının (www.eiti-az.org) internet səhifələrində yerləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR