Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin avqust ayında 608 ton avtomobil benzini, 62 741 ton dizel yanacağı, 3 692 ton təyyarə yanacağı ixrac edib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində 13 829 ton avtomobil benzini ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% azdır.
Bu ilin 8 ayında 633 097 ton dizel yanacağı ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2% çoxdur.
Həmçinin, hesabat dövründə 91 130 ton təyyarə yanacağı ixrac olunub vəbu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Bu ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 1 016,26 ABŞ dolları/ton, təyyarə yanacağı - 979,61 dollar/ton, dizel yanacağı - 925,19 dollar/ton, 1%-li kükürdlü mazutun qiyməti isə 612,06 dollar/ton təşkil edib.