Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Neft, Qaz emalı və Neft-kimya Kompleksinin tikintisi işlərinə artıq 2013-cü ilin sonunadək başlanıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda kompleksin son layihəsi üzərində işlər davam etdirilir.
ARDNŞ rəhbəri bildirib ki, ilk növbədə kompleksdəki qaz emalı zavodunun layihəsi işlənilir. Bundan sonra, neft emalı zavodunun və neft-kimya müəssisəsinin layihəsi işlənəcək: «Çalışacağıq ki, artıq bu ilin sonuna qədər konkret işlərə başlayaq».