Bank Of Baku

Azərbaycan Yunanıstanın qaz nəqli operatorunun səhmlərinin əsas hissəsini alır

Azərbaycan Yunanıstanın qaz nəqli operatorunun səhmlərinin əsas hissəsini alır
# 22 iyun 2013 09:45 (UTC +04:00)

«Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin satın alınması barədə Yunanıstan Əmlakın İdarə Edilməsi Fondu (HRADF/TAIPED) ilə prinsipial razılığın əldə olunduğunu məmnunluq hissi ilə elan edir», - deyə şirkətin məlumatında bildirilir.


Hazırda ARDNŞ və HRADF-ın məşvərətçi qrupları sazişin son texniki məsələləri üzərində işləyir. ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin, həmçinin ARDNŞ və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür: «Xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış ARDNŞ Avropa Birliyi ölkələrində bu tipli ilk layihədə, Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir. ARDNŞ Yunanıstanda əməkdaşlığın gələcəyinə nikbin baxır».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR