Bank Of Baku

Azərbaycanda “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib

Azərbaycanda “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib
# 30 oktyabr 2013 15:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları barədə təlimatlandırılması və maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin noyabr ayının 1-dən dekabr ayının 1-dək ölkə ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar müvafiq Tədbirlər Planı hazırlanıb.

 

Plana əsasən, abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması nəzərdə tutulur. Plan çərçivəsində təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatı müqavilə ilə müəyyən edilmiş qaydada dayandırılacaq. Tədbirlər planında həmçinin qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer alıb. Eyni zamanda qeyri-standart qaz cihazları və avadanlıqlarının istismardan çıxarılmasına nəzarət də gücləndiriləcək. “Təbii qazdan təhlükəsiz istifadə aylığı” çərçivəsində qaz təsərrüfatı obyektlərinə və avadanlıqlara baxışların sayı artırılacaq.


Qeyd edilən müddətdə bütün qaz istismar sahələri gücləndirilmiş iş rejiminə keçiriləcək, məsul şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR