Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin (biokütlə) İnkişafı Layihəsinə start verib.
«APA-Economics»in AİB-ə istinadən verdiyi məlumata görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə pilot layihə həyata keçiriləcək ki, AİB Oğuz və Ağcabədidə ümumi gücü 16 MVt olan istilik stansiyalarının inşasını maliyyələşdirəcək. Bu məqsədlə Bank Azərbaycan hökumətinə 40 min ABŞ dolları məbləğində kredit ayırıb.
Bundan başqa, sözügedən rayonlarda istiliklə təchiz etmə sistemi qurulacaq. Pilot layihə nəticəsində Azərbaycan il ərzində təxminən 95 mln. kubmetr təbii qaza qənaət etmiş olacaq ki, bu da öz növbəsində dövlət büdcəsinin gəlirini 5,6 mln. dollar artıracaq.