Bu isə təxminən 2,5 mlrd. kVt/saat həcmində elektrik enerjisi istehsalı deməkdir. Cari ilin sonuna kimi bu göstəricinin 12%-ə çatdırılması planlaşdırılır.
Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Energetika Nazirliyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.
Onun sözlərinə görə, ölkədə istehsal olunan alternativ və bərpa olunan enerjinin əksəriyyəti, təxminən 95%-i böyük su elektrik stansiyalarının payına düşür.
C.Məlikov qeyd edib ki, bu gün Azərbaycanda alternativ enerji mənbələri hesabına enerji istehsalı keçən ilə nisbətən kifayət qədər artıb: «Nəzərə alsaq ki, ötən il bu ahədə istehsal ancaq hidroenergetika hesabına formalaşırdısa, bu il şəbəkəyə artıq külək və günəş enerjisindən alınan elektrik enerjisi də ötürülür. Bunun hesabına bərpa olunan enerji mənbələrinin ən azı üç növündən – külək, günəş və hidroenerji hesabına elektrik enerjisi istehsal edilir».
Qeyd edək ki, bu yaxınlarda Alternativ və Bərpa Olunun Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan hibrid elektrik stansiyası hesabına 1 mln. kVt/saat enerjini istehsal edərək «Azərenerji» ASC-yə satıb.