Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 10,5% azalıb.
«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, noyabrda enerji istehsalının 1,6 mlrd. kVt/saatı istilik elektrik stansiyaları (İES), 0,1 mlrd. kVt/saatı isə su elektrik stansiyalarının (SES) payına düşüb.
Ötən ay həmçinin Rusiya, İran və Türkiyə ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Ümumilikdə, 2012-ci ilin yanvar-noyabr ayları ərzində enerji sistemində 19,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib və bu, ötən ilin eyni dövrünə nisbətən 7,3% çoxdur. Bu dövrdə istehsal olunan enerjinin 17,5 mlrd. kVt/saata yaxını İES-lərin, 1,7 mlrd. kVt/saata yaxını isə SES-lərin payına düşüb.