Bank Of Baku

Azərbaycanda ixracın 93%-i neft məhsullarının payına düşür

Azərbaycanda ixracın 93%-i neft məhsullarının payına düşür
# 25 iyun 2013 14:40 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycandan aparılan ixrac əməliyyatlarının böyük hissəsi xam neft, neft məhsulları və təbii qazın payına düşüb.

 

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilk 5 ayda ölkədən ixracın həcmi 10 365 804,22 min dollar təşkil edib ki, onun 8 622 801,52 min dollarını və ya 83,19%-ni xam neft, 554 176,28 min dollarını və ya 5,35%-ni neft məhsulları, 422 301,18 min dollarını və ya 4,07%-ni isə təbii qaz təşkil edib. Beləliklə, ixracın 92,61%-i neft-qaz sektorunun payına düşüb.

 

İlk 5 ayda ixracda payına görə sonrakı yerləri şəkər (104 522,98 min dollar və ya ümumi ixracda 1,01%), bitki və heyvan mənşəli yağlar (91 297,44 min dollar və ya 0,88%), meyvə-tərəvəz (54 539 min dollar və ya 0,53%), qara metallar və ondan hazırlanan məmulatlar (51 699,41 min dollar və ya 0,50%), alüminium və ondan hazırlanan məmulatlar (36 887,09 min dollar və ya 0,36%) və s. tutub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR