Bank Of Baku

Azərbaycanda kimya istehsalı 19% artıb

Azərbaycanda kimya istehsalı 19% artıb
# 23 oktyabr 2013 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 193,5 mln. manatlıq məhsul istehsal edilib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə kimya sənayesində 18,6%, əczaçılıq məhsullarının istehsalında 19,4% artım müşahidə olunub.

 

Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 71,6%, polietilenin istehsalı 12,0%, lak-boya məmulatlarının istehsalı 29,0%, propilenin istehsalı isə 2,0% artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR