Bank Of Baku

Azərbaycanda mayda daha 40 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycanda mayda daha 40 yaşayış məntəqəsi qazlaşdırılıb
# 11 iyun 2013 13:39 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-may aylarında ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə üzrə 96 yaşayış məntəqəsi qazlaşdırılıb.

 

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təkcə may ayında 40 yaşayış məntəqəsi qazlaşdırılıb ki, bu da Ağsu, Şamaxı, Lənkəran, Lerik, Masallı, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Saatlı, Hacıqabul, Quba, Xaçmaz, Şabran, Balakən, Zaqatala, Ağstafa, Biləsuvar və Salyan rayonlarını əhatə edib.

 

Yanvar-may aylarında əhali kateqoriyasına aid 64 185 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 50 261-i regionların, 13 924-ü isə Bakı şəhərinin payına düşüb. Qeyd edək ki, may ayında 9 069 nəfər yeni əhali abonenti təbii qazla təmin olunub.

 

Bu dövrdə əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 266 484 sayğac quraşdırılıb və ya əvəz olunub ki, bunun da 182 767-si “smart-kart” tipli sayğacdır. Həmçinin bu dövrdə 4430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 924,9 km uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR