Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin 11 ayı ərzində neft hasilatı 39,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 15,7 mlrd. kubmetr təşkil edib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə neft hasilatı 6,8% azalıb, qaz hasilatı isə 6,3% artıb.
Qeyd edək ki, 2012-ci ildə neft hasilatı 42,9 mln. ton, təbii qaz hasilatı 27,1 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, 2013-cü ilin proqnozları müvafiq olaraq 43,2 mln. ton və 28,8 mlrd. kubmetr təşkil edir.