Bank Of Baku

Azərbaycanda neft və qaz hasilatının azalması davam edir

Azərbaycanda neft və qaz hasilatının azalması davam edir
# 14 fevral 2013 14:10 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda neft və əmtəəlik təbii qaz hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ölkədə 3,8 mln. ton neft və 1,5 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin yanvar ayına nisbətən neft hasilatı 2,6%, əmtəəlik təbii qaz hasilatı isə 6,2% azalıb.

 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR