Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Azərbaycanda fəaliyyət göstərən müəssisələrdə neft emalının dərinliyi 80% təşkil edir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
Eyni zamanda onun sözlərinə görə, müasir şəraitdə bu göstərici kifayət etmir və dərinlik daha da artırılmalıdır.
T.Qəhrəmanov qeyd edib ki, neftin emal dərinliyi hazırda Euro-II standartına cavab verən benzin istehsal etməyə imkan verir.