Bakı. Əli Əhmədov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq dekabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 457 207-ə çatıb ki, onlardan 1 439 264-ü əhali, 17 943-ü qeyri-əhali abonentidir.
Bu abonentlərin 656 211-i Bakı şəhəri (646 635 əhali, 9 576 qeyri-əhali), 800 996-sı isə regionların (792 629 əhali, 8 367 qeyri-əhali) payına düşür.
«APA-Economics»in A
Ümumilikdə, Bakı şəhəri üzrə 655 625 abonent (99,9%), regionlar üzrə isə 800 666 abonent (100%) sayğaclaşdırılıb. Ötən müddətdə əhali abonentlərinin mənzillərində təxminən 540 mindən artıq «smart-kart» tipli sayğac quraşdırılıb.