Bakı. Vahab Rzayev - APA-Economics. Bu iyulun 1-nə Azərbaycan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 553 321-ə çatıb ki, bunların da 1 534 460-ı əhali, 18 861-i isə qeyri-əhali abonentidir.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, həmin abonentlərin 678 157-i Bakı şəhəri (668 372 əhali, 9 785 qeyri-əhali abonenti), 875 164-ü isə regionların (866 088 əhali, 9 076 qeyri-əhali abonenti) payına düşür.
Ümumilikdə 1 553 201 abonent (99,99%) sayğaclaşdırılıb ki, bunun da 1 534 340-ı əhali (99,99%), 18 861-i qeyri-əhali (100%) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 668 268 əhali abonenti (99,98%), 9 785 qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 866 072 əhali abonenti (100%) və 9 076 qeyri-əhali abonenti (100%). Bakı şəhəri üzrə cəmi 678 053 abonent (99,98%), regionlar üzrə isə 875 148 abonent (100%) sayğaclaşdırılıb.
İyulun 1-nə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 766 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılıb.