Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 22 fevral 2013 13:35 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il fevralın 1-nə müsbət 8,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks yanvarın əvvəlində müsbət 6,3%-ə bərabər olub.

 

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks müsbət zonadadır. İndeksin müsbət olması isə anbarlarda mal ehtiyatlarının artdığını göstərir.

 

Qeyd edək ki, 2013-cü il fevralın 1-nə Azərbaycandakı sənaye müəssisələrinin anbarlarında 317,2 mln. manat həcmində hazır məhsul ehtiyatı olub və bu, yanvarın 1-nə nisbətən 25,3 mln. manat çoxdur.

 

Sənaye mal ehtiyatlarının artması istehsalın genişlənməsi və ya istehlakçılar tərəfindən sifarişlərin azalması ilə əlaqədar ola bilər. Statistikaya əsasən, mədənçıxarma sənayesi üzrə istehsalın həcmi yanvarda dekabrla müqayisədə 169 mln. manat artıb, emal sənayesi üzrə isə 45 mln. manat azalıb ki, nəticədə 124 mln. manat həcmində ümumi artım müşahidə olunub. Bu artımı mal ehtiyatlarının artımının əsas səbəbi kimi qiymətləndirmək olar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR