Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi apreldə 5% azalıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi apreldə 5% azalıb
# 13 may 2013 14:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5%, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,7% aşağı düşüb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,7%, metal filizlərinin hasilatı üzrə 2,3% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,5% bahalaşıb.

 

Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 4,8%, kimya sənayesi üzrə 3%, geyim istehsalı üzrə 2,2%, metallurgiya sənayesi üzrə 1,1%, poliqrafiya fəaliyyəti üzrə 0,8%, avtomobil və qoşquların istehsalı üzrə 0,2%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə isə 0,1% bahalaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 7%, tütün məmulatlarının istehsalı üzrə 6,4%, kağız və karton istehsalı üzrə 6,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 5,3%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4%, tikinti məmulatlarının istehsalı üzrə 1,5%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 1,3%, toxuculuq sənayesi üzrə 1,2%, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1%, qida məhsullarının istehsalı üzrə 1%, neft məhsullarının istehsalı üzrə 0,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,3%, maşın və avadanlıqların istehsalı və həmçinin, mebel istehsalı üzrə 0,1% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR