Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri mayda 0,6% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri mayda 0,6% artıb
# 10 iyun 2013 10:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətlərinin indeksi əvvəlki aya nisbətən 0,6% artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,4% aşağı düşüb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 5,7%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1% ucuzlaşıb, xam neft və təbii qaz hasilatı üzrə isə 1% bahalaşıb.

 

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 5,2%, neft məhsullarının istehsalı üzrə 2,8%, metallurgiya sənayesi üzrə 2,2%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə və həmçinin, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,5%, geyim istehsalı üzrə 0,9%, maşın və avadanlıqların istehsalı üzrə 0,1% ucuzlaşıb, toxuculuq sənayesi üzrə 20,2%, tütün məmulatlarının istehsalı üzrə 7,1%, poliqrafiya fəaliyyəti üzrə 3,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7%, elektrik avadanlıqlarının istehsalı üzrə 2,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,4%, tikinti məmulatlarının istehsalı üzrə və həmçinin, mebel istehsalı üzrə 1,2%, kağız və karton istehsalı üzrə isə istehsalçı qiymətləri 0,3% bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR