Bank Of Baku

Azərbaycanda sənayedə çalışanların maaşı 8% artıb

Azərbaycanda sənayedə çalışanların maaşı 8% artıb
# 22 oktyabr 2013 14:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,0% artaraq 179,7 min nəfər təşkil edib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı 8,4% yüksələrək 643,9 manat olub.

 

İşçilərin 38,0 mini mədənçıxarma, 91,5 mini emal, 29,4 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 20,8 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

 

Əmək haqlarının daha çox artımı emal sahəsinin elektrik avadanlıqları, dəri və dəri məmulatları, sair nəqliyyat vasitələri, tikinti materialları, geyim, qida məhsulları, mebel, içki, kağız və karton, ağac emalı və ağacdan məmulatlar, rezin və plastmas məmulatları, neft məhsulları, musiqi, idman və tibb avadanlıqların istehsalı müəssisələrində müşahidə olunub. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı isə 8,0% artaraq 751,9 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR