Bakı - APA-Economics. ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 1 536 777-ə çatıb ki, bunların da 1 518 087-si əhali, 18 690-ı qeyri-əhali abunəçiləridir.
«APA-Economics»in xəbərinə görə, mayın 1-ə olan məlumata əsasən abunəçilərin 673 492-si Bakı şəhərinin, 863 285-i isə regionların payına düşür.
Ümumilikdə 1 536 535 abunəçi sayğaclaşdırılıb ki, bunun da 1 517 845-i əhali (99,98%), 18 690-ı qeyri-əhali (100%) istehlakçılarıdır. Bakı şəhərində abunəçilərin 99,97%-i, bölgələrdə isə 100%-i sayğaclaşdırılıb. Mayın 1-ə olan məlumata görə, əhali abonentlərinin mənzillərində 705 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılıb.