Bank Of Baku

Azərbaycanın qeyri-neft sektorunda son 9 ildə istehsal 80% artıb

Azərbaycanın qeyri-neft sektorunda son 9 ildə istehsal 80% artıb
# 21 may 2013 09:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son 9 ildə Azərbaycanda qeyri-neft sənayesində əlavə dəyər istehsalı 1,8 dəfə artıb. «APA-Economics»in məlumatına görə, bunu «İnterkabel» Beynəlxalq Assosiasiyasının Bakıda keçirilən 45-ci iclasında Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

 

Onun sözlərinə görə, sözü gedən müddət ərzində ölkədə məhsul istehsalı metallurgiya sənayesində 2,2 dəfə, metal məmulatlarının istehsalı sahəsində 4 dəfə, maşın və avadanlıqlar istehsalında 2,4 dəfə, rezin və plastmas məmulatları – 3,1 dəfə, tikinti materialları – 2,1 dəfə artıb. Hazırda Azərbaycanın qara, əlvan və nadir metal filizləri ilə zəngin olması metallurgiyanın, hazır metal məmulatları, maşınqayırma və digər əlaqəli sahələrin inkişafına imkan verir. Bu baxımdan Gəncə şəhərində yaxın 3 il ərzində (2013-2015-ci illərdə) dəmirin birbaşa reduksiyası, poladəritmə və pellet zavodlarından ibarət metallurgiya kompleksinin inşasının ölkədə metallurgiyanın inkişafı və 3 800 yeni iş yerinin yaradılması baxımından əhəmiyyəti çox yüksəkdir.

 

Nazir müavini qeyd edib ki, bundan əlavə, həmin regionda əlvan və qiymətli metallardan qızıl, gümüş və mis hasilatı ilə məşğul olan müəssisə də fəaliyyət göstərir və daha bir müəssisənin fəaliyyətə başlaması gözlənilir.

 

N.Səfərov vurğulayıb ki, hazırda Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının (Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar  parkları) yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Artıq açılmış Sumqayıt Yüksək Texnologiyalar Parkında  yaradılmış istehsal sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması prosesi gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR