Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli 4% azalıb

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli 4% azalıb
# 10 yanvar 2014 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin dekabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub.

 

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, daha əvvəlki ilin eyni ayına nisbətdə 4% azdır.

 

Ötən il ərzində isə bu kəmərlə 29,7 mln. ton neft ötürülüb ki, bu da 2012-ci ildəkindən 0,1% çoxdur.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu ilin yanvarın 1-ə qədər BTC-yə 235,3 mln. ton neft vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR