Bank Of Baku

Bakı Ali Neft Məktəbi və “Microsoft Azərbaycan” şirkəti anlaşma memorandumu imzalanıb - FOTO

Bakı Ali Neft Məktəbi və “Microsoft Azərbaycan” şirkəti anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 18 iyun 2013 12:14 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Bakı Ali Neft Məktəbi (BANM) və “Microsoft Azərbaycan” şirkəti arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

 

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, BANM rektoru Elmar Qasımov və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov tərəfindən imzalanan sənəddə BANM-də “Microsoft İT Akademiyası”nın yaradılmasına yardım, tələbə və müəllimlər arasında “Microsoft Dreamspark” proqramının faydaları barədə məlumatların yayılmasına dəstək, tələbə və müəllimlərin “Microsoft Office 365” proqramından istifadəsinin əlaqələndirilməsi və idarə edilməsinə yardım, eləcə də tələbə və müəllimlər arasında lisenziyalaşdırılmış proqramlardan istifadə edilməsinin təşviqinə şərait yaradılması nəzərdə tutulur.

 

Tədbirdə çıxış edən BANM rektoru E.Qasımov qeyd edib ki, müasir dünyanı informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bu sahənin inkişafı nəticəsində bu gün dünya bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycanda da bu sahənin inkişafına böyük önəm verildiyini bildirən rektor vurğulayıb ki, prezident İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə “İnformasiya texnologiyaları ili” elan olunub.

 

“Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov isə bildirib ki, müasir dünyada informasiya texnologiyalarının tədqiqatı, tədrisdə istifadəsi və tələbələrin onlayn əməkdaşlıq mühitinin inkişaf etdirilməsi labüddür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR